Himalayalar bölgəsində aparılan araşdırmalar, dağların hər il bir neçə millimetr yüksəldiyini və bu səbəbdən təhlükənin artdığını göstərib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Himalayalar bölgəsinin son 700 ildə enerji yığdığını qeyd edən mütəxəssislər, burada 8.8 bal gücündə iki zəlzələnin baş verə biləcəyinə dair xəbərdarlıq ediblər.
Himalayalar bölgəsində aparılan yeni araşdırma, fay xəttində yığılmış enerjinin çox böyük zəlzələlərə səbəb ola biləcəyini üzə çıxarıb. Yenilənmiş zəlzələ təhlükəsi xəritəsində Himalayalar, ən yüksək risk səviyyəsini göstərən "Bölgə VI" kateqoriyasına daxil edilib. Araşdırmaya görə, Hindistanın 60%-dən çoxu orta və yüksək zəlzələ riski olan bölgələrdə yerləşir.