Ankarada 11 yaşlı əqli qüsurlu bir uşağın illər boyu əmisi tərəfindən göyərçin qəfəsində saxlandığı üzə çıxıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, əqli və fiziki məhdudiyyəti olan uşaq Ailə və Sosial Xidmətlər Nazirliyinin himayəsinə götürülüb.
Uşağın atası həyatını itirib, anası isə başqa biri ilə evlənib və evdən gedib. Çocuğun uzun müddət qəfəsdə saxlanıldığını hiss edən qonşular, vəziyyəti müvafiq orqanlara bildirərək yardım istəyiblər.
Şikayət əsasında hadisə yerinə polis və müvafiq qurumlar göndərilib. Qaçan əmisi hələ də tapılmayıb və axtarış işləri davam edir.