Almaniyada uzun illər yaşadıqdan sonra təqaüdə çıxıb Türkiyəyə qayıdan və iyul ayında “İkiqat vətəndaşlıq” alan 62 yaşlı Ali Osman Metan, yol-nəqliyyat yoxlamasında hərbi xidmətə getməməsi səbəbindən problem yaşadığını öyrənib. Metan, hərbi xidmətə yararlı olub-olmadığını sağlamlıq komissiyasının qərarı ilə müəyyən edəcək.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ali Osman Metan 1980-ci ildə 17 yaşında ikən Ordu şəhərini tərk edərək Almaniyanın Duisburg şəhərinə gedib və burada təhsilini başa vurduqdan sonra maliyyə müşaviri olaraq çalışıb. 1988-ci ildə Almaniya vətəndaşlığını qəbul edən Metan, 2015-ci ildə təqaüdə çıxdıqdan sonra Türkiyəyə qayıdaraq Fatsa rayonunda yaşamağa başlayıb. 2024-cü ildə isə Türk vətəndaşlığını bərpa etmək üçün "İkiqat vətəndaşlıq" müraciəti edib. İyul ayında bu müraciəti təsdiqlənən və 3 övlad, 5 nəvə sahibi olan Metan, təxminən bir ay əvvəl yol-nəqliyyat yoxlamasında avtomobili ilə saxlanılıb. Yoxlama zamanı jandarmanın etdiyi kimlik yoxlamasında hərbi xidmətə getməməyi səbəbindən problemi olduğunu öyrənib.
Ali Osman Metan bu hadisədən sonra hərbi xidmət şöbəsinə gedərək durumu izah edib. Orada ona Ordu Dövlət Xəstəxanası'nda sağlamlıq yoxlamasına girməsi barədə bildiriş verildiyini qeyd edən Metan, "Hazırda hərbi xidmət vəziyyətim sağlamlıq raporu ilə aydınlaşacaq. Artıq hərbi xidmətə gedib-gedməyəcəyimi bilmirəm. Sağlamlıq durumum buna imkan verəcəkmi, bəlli deyil. İnşallah, sağlamlığım imkan verərsə, hərbi xidmətə gedərəm. Vəzifəmi yerinə yetirər, qayıdaram" deyə bildirib.