ABŞ Venesueladakı ciddi təhlükəsizlik və səhiyyə böhranını əsas gətirərək vətəndaşlarına "dərhal ölkəni tərk edin" çağırışı edib. Səyahət etməyi düşünənlərə isə son dərəcə tədbirlər, hətta vəsiyyət hazırlamağa qədər tövsiyə verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı "Səviyyə 4 – Səyahət etməyin" xəbərdarlığında Venesuelada qanunsuz həbs, işgəncə, terror, qaçırılma, hüquq pozuntuları, zorakılıq cinayətləri, vətəndaş müharibəsi və çökən səhiyyə sistemi kimi ciddi risklərin mövcud olduğu bildirilib.
Xəbərdarlıqda deyilir ki, "Venesueladakı bütün ABŞ vətəndaşlarına və qanuni daimi sakinlərinə dərhal ölkəni tərk etmələri şiddətlə tövsiyə olunur".