Türkiyənin Osmaniye əyalətinin Bağce rayonu yaxınlığında sərnişin avtobusunun TIR-a çırpılması nəticəsində 7 nəfər ölüb, 11-i yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə məlumat TRT Haber-də yer alıb.
Bildirilib ki, İzmir-Qaziantep reysi ilə hərəkət edən sərnişin avtobusu təkəri partladığı üçün dayanan TIR-a arxadan çırpılıb.