Türkiyədə məhbusları daşıyan avtobus aşdı - Yaralılar var

20:29 - 06 Dekabr 2025

Türkiyədə məhbusları daşıyan avtobus aşdı - Yaralılar var

Türkiyədə məhbusları daşıyan avtobus aşıb, yaralılar var.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, hadisə Sivas–Ərzincan avtomobil yolunda, Sivasın İmranlı rayonunun Yerköy kəndi yaxınlığında baş verib.

Ərzurumdan Antalyaya məhbus daşıyan avtobus yoldan çıxaraq aşıb. İlkin məlumata görə, aralarında məhbusların da olduğu 5 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə İmranlı Dövlət Xəstəxanasına aparılıb. Onların həyatları üçün təhlükə olmadığı bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az