Trampdan Zelenskiyə reaksiya - Bu, xəyal qırıqlığıdır

16:05 - 08 Dekabr 2025

Trampdan Zelenskiyə reaksiya - Bu, xəyal qırıqlığıdır

ABŞ Prezidenti Donald Trump, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna müharibəsini sona erdirmək məqsədilə aparılacaq sülh danışıqlarına kifayət qədər maraq göstərmədiyini iddia edərək, "Prezident Zelenskinin təklifini hələ oxumamış olması məni bir qədər məyus etdi" deyə açıqlama verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, Kennedy Mərkəzində keçirilən Onur Mükafatları mərasiminə gəlişi zamanı jurnalistlərə bəzi açıqlamalar verib.

"Rusiya-Ukrayna sülh danışıqlarında növbəti addım nə olacaq?" sualına cavab verən Trump, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski də daxil olmaqla, tərəflərlə müzakirələri davam etdirdiklərini xatırladıb.

Buna baxmayaraq, Zelenskinin hazırlanan sülh planı layihəsinə kifayət qədər maraq göstərmədiyini ifadə edən Trump, "Prezident Zelenskinin təklifini hələ oxumamış olması məni bir qədər məyus etdi. Bu, bir neçə saat öncəyə qədər belə idi" deyə dəyərləndirib. Rusiyanın sülh istədiyini düşündüyünü, lakin Ukrayna lideri Zelenskinin buna həvəsli görünmədiyini bildirən Trump, Zelenskinin sülh planını oxumadığı iddiasını təkrarlayaraq, "Hələ oxumayıb" demişdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az