Ukrayna Prezidenti Volodimir Zelenski, Avropalı müttəfiqləri ilə sülh planı üzərində işlədiklərini və planı yaxın zamanda ABŞ tərəfinə təqdim etmək istədiklərini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada, ABŞ-ın Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün təklif etdiyi sülh planı üzərində Avropalı müttəfiqləri ilə işlərini davam etdirdiklərini qeyd edib.
Zelenski dünən Londonda bu plan üzrə müzakirələrin aparıldığını və işlərin intensiv şəkildə aparıldığını vurğulayıb. O, “Müharibəni bitirmək üçün mümkün olan addımlar və bütün detallarla bağlı aktiv şəkildə işləyirik. Ukrayna və Avropanın komponentləri üzərində daha çox iş aparılıb və bunları Amerika’dakı müttəfiqlərimizə təqdim etməyə hazırıq. ABŞ tərəfi ilə ən qısa zamanda ən yaxşı addımları atmağı ümid edirik. Biz həqiqi sülhə can atırıq və Amerika ilə daim əlaqə saxlayırıq” - ifadələrini də işlədib.