"Ukrayna məsələsində atəşkəs üçün yox, sülh üçün çalışırıq" - Rusiya

14:18 - 10 Dekabr 2025

\"Ukrayna məsələsində atəşkəs üçün yox, sülh üçün çalışırıq\" - Rusiya

Peskov, Moskvada jurnalistlərin suallarını cavablandırıb.


Manset.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsində prezident seçkilərinin keçirilə biləcəyi ilə bağlı açıqlamalarını “yeni inkişaf” kimi dəyərləndirən Peskov belə dedi:

“Bu, Rusiya Prezidenti Vladimir Putinin uzun müddətdir danışdığı məsələdir. Buna görə də, müvafiq prosesləri izləyəcəyik.”

Zelenskinin enerji infrastrukturuna qarşılıqlı hücumlarla bağlı atəşkəs üzərində çalışdıqları barədə açıqlamasına toxunan Peskov bildirib:

“Müvafiq sənədlərin imzalanması ilə əldə edilən sabit, təminatlı və uzunmüddətli sülh bizim mütləq prioritetimizdir. Rusiya atəşkəs üçün deyil, sülh naminə çalışır.”

Peskov, ABŞ Prezidenti Donald Trampın Politico qəzetinə verdiyi müsahibədəki açıqlamalarını da şərh edərək deyib:

“Trampın Ukraynanın NATO üzvlüyü və ərazilərini itirməsi kimi məsələlərlə bağlı dedikləri bizim anlayışımızla üst-üstə düşür.”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az