16 yaşı tamam olmamış şəxslər istifadə edə bilməz - Sosial mediaya qadağa 

17:29 - 10 Dekabr 2025

16 yaşı tamam olmamış şəxslər istifadə edə bilməz - Sosial mediaya qadağa 

Avstraliyada sosial mediaya daxil olan istifadəçilər xüsusi xəbərdarlıqla qarşılaşırlar. 


"Qanunlara görə, hesabınızı 16 yaşınıza çatana qədər istifadə edə bilməzsiniz".

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə yeni sosial media qanunu qüvvəyə minir. Avstraliyalı uşaqlar üçün yeni dövr başlayır. Qanunun qüvvəyə minməsi ilə birlikdə, uşaqlar sosial media tətbiqlərini istifadə edə bilməyəcəklər. Sadəcə 16 yaşına çatmış yeniyetmələr sosial şəbəkələrə giriş edə biləcək. 

Sosial media platformaları, qanun qüvvəyə minməzdən əvvəl istifadəçiləri xəbərdarlıq mesajları ilə məlumatlandırır. Qanuna tabe olan uşaqların hesabları gizlənəcək və onlar 16 yaşına çatdıqdan sonra bu hesabları yenidən istifadə edə biləcəklər.

Qanunun qüvvəyə minməsindən sonra, 16 yaşından kiçik uşaqların valideynlərinin razılığı olsa belə, hesab açmalarına icazə verilməyəcək.

Sosial media şirkətləri, qanun qüvvəyə mindiyi andan etibarən məhdudiyyətləri tətbiq etmək məcburiyyətindədirlər. Əks halda, onlar 33 milyon dollara qədər cərimə ilə üzləşə bilərlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az