Qremmi namizədi evində ölü tapıldı 

23:37 - 10 Dekabr 2025

Qremmi namizədi evində ölü tapıldı 

Grammy mükafatına namizəd göstərilmiş 71 yaşlı müğənni Cubilant Sayks Kaliforniyadakı evində bıçaqlanaraq qətlə yetirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı Santa Monika polisi Saimksin oğlu Mayka Saimksi qətldə şübhəli bilinərək saxlayıb. Polis idarəsinin açıqlamasına əsasən, müğənninin oğlu barəsində həbsetmə qərarı veriləcək.

Grammy mükafatına namizəd olan Cubilant Sayks Kaliforniyadakı evində bıçaqlı hücum nəticəsində öldürülüb və 71 yaşında həyatını itirib.

Rəsmilər çərşənbə axşamı yaydıqları məlumatda 31 yaşlı Mayka Sayksın qətldə şübhəli kimi nəzarətə alındığını bildiriblər.

Santa Monika Polis İdarəsinin məlumatına görə, hüquq-mühafizə orqanları bazar ertəsi gecəsi daxil olan hücum çağırışına cavab olaraq hadisə ünvanına yollanıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az