Türkiyənin Balıkesir şəhərində və ətraf rayonlarda da hiss olunan bir zəlzələ baş verib.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, AFAD bildirib ki, mərkəzi Sındırgı rayonu olan zəlzələnin maqnitudası 4.9 olaraq qeyd edilib.
Zəlzələ Türkiyə saatı ilə 10:06-da qeydə alınıb. Təkanın yerin 6.97 kilometrlik dərinliyində olduğu deyilir.