Madurodan Nobel Sülh Mükafatı sahibinə ağır sözlər

16:24 - 11 Dekabr 2025

Madurodan Nobel Sülh Mükafatı sahibinə ağır sözlər

Venesuela Prezidenti Norveçdə keçirilən mükafatlandırma mərasimi və müxalifət lideri Maria Corina Machadoya verilən Nobel Sülh Mükafatı ilə bağlı açıqlamalar verib. Mükafatı qəbul etməyə gələ bilməyən müxalifət lideri, mükafatı qızı Ana Corina Sosaya təhvil verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, bütün diqqətlər Nobel Sülh Mükafatına layiq görülən Maria Corina Machado üzərində cəmlənmişdi. Mükafatı anası adına qızı Ana Corina Sosa qəbul etdi. Machadonun niyə mərasimə gəlmədiyi barədə heç bir açıqlama verilməyib.


Bu zaman Nicolas Maduro və tərəfdarları mükafat mərasimi ilə eyni günə təsadüf edən 166-cı Santa Ines Döyüşünün ildönümünə həsr edilmiş yürüşə qatılıb.


Bu hadisələrdən sonra Venesuela Prezidenti Maduro aşağıdakı ifadələri işlədib:


“Norveçdəki əhəmiyyətli şəxslərin və Oslo Sülh Komitəsinin üzvlərinin ABŞ-ın Venesuelaya qarşı hərbi hücumuna qarşı çıxmasını görmək məni təsirləndirdi; Nasist-faşist, cinayətkar maşın, la Sayona qarşı”.


Digər tərəfdən Nobel Sülh Mükafatının müxalif liderə verilməsi ilə eyni tarixdə, Maduro Osloda keçirilən etirazlara təşəkkür edərək bunları söyləyib:


“Oslodakı yürüşə aid çoxsaylı görüntülər mənə çatdı, dünəndən ikiqat çox insan vardı. Nobel Sülh Mükafatını qanla çirkləndirdikləri üçün etiraz edirdilər və Venesuelada müharibəyə “yox” deyərək hayqırırdılar”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az