Hande Erçel ilə bağlı ŞOK İDDİA

16:39 - 11 Dekabr 2025

Hande Erçel ilə bağlı ŞOK İDDİA

Hande Erçelin 45 yaşlı bir kişi ilə sevgi münasibəti yaşaması ilə bağlı iddialar yayılıb. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hande Erçel ilə Hakan Sabancı arasındakı üç illik münasibət bu yay səsizcə sona çatdı. Erçelin, münasibətdəki güvən problemi səbəbindən tədricən əlaqədən uzaqlaşdığı və ayrılma qərarını özünün verdiyi iddia edilmişdi. İndi isə məşhur aktrisaya dair diqqət çəkən yeni bir şayiə ortaya çıxıb. İddialara görə, Hande Erçel 45 yaşında tanınmış bir prodüserlə münasibət yaşayır.

Qeyd edək ki, ayrılığın ilk işarəsi Hande Erçelin Instagram hesabından cütlük fotoşəkillərini silməsi ilə verilib. Bir neçə müddət sonra, Hakan Sabancı da oxşar bir addım atıb.

Türkiyə telekanallarının birində yayımlanan "Gel Konuşalım" proqramında danışan jurnalist Mehmet Üstündağ Hande Erçelin 45 yaşındakı bir prodüserlə təxminən bir aydır sevgi münasibəti yaşadığını iddia edib. 

Üstündağ, cütlüyün birlikdə Londraya səyahət etdiyini və aralarında 13 yaş fərqi olduğunu da əlavə etdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az