ABŞ-ın Texas ştatında 54 yaşlı bir qadın qonşusunu öldürdükdən sonra onun qanını içdiyini etiraf edib. Hadisə McLennan qəsəbəsində baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Cynthia Ming adlı qadın 45 yaşlı qonşusu Angie Melissa Mooreni pəncərədən evə daxil olduqdan sonra baş nahiyəsinə zərbə endirərək qətlə yetirib. Daha sonra o, qonşusunun qanını içdiyini bildirib.
İstintaq zamanı Ming cinayəti Moorenin onun itini öldürdüyü üçün törətdiyini iddia edib. Məhkəmənin qərarı ilə Cynthia Ming 50 il müddətinə azadlıqdan məhrum edilib.