ChatGPT-yə cinayət işi açıldı

22:30 - 11 Dekabr 2025

ChatGPT-yə cinayət işi açıldı

ABŞ-da açılan diqqətçəkən bir məhkəmə işi süni intellektin hüquqi məsuliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Suzanne Eberson Adamsın varisləri tərəfindən Kaliforniyada qaldırılan iddiada OpenAI və şirkətin baş direktoru Sem Altman, ChatGPT-nin bir qətl - intihar hadisəsində rol oynadığı iddiası ilə “haqsız ölüm” ittihamı üzrə məhkəməyə verilib. Bu iş süni intellektin ilk dəfə qətldə iştirakda günahlandırıldığı hadisə kimi qeydə alınıb.

New York Post nəşrinin məlumatına görə, Kaliforniyada açılan yeni məhkəmə iddiası süni intellekt texnologiyalarının hüquqi sərhədlərini yenidən müzakirəyə çıxarıb. Suzanne Eberson Adamsın ailəsi iddia edir ki, ChatGPT-nin verdiyi yönləndirmələr qətl–intihar hadisəsinə zəmin yaradıb. Bu səbəbdən onlar OpenAI və Sem Altmana qarşı “haqsız ölüm” iddiası qaldırıblar.

Süni intellektin ilk dəfə bir ölüm hadisəsində birbaşa məsul şəxs kimi göstərildiyi bu iddia dünya miqyasında böyük rezonans doğurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az