Mardinin Ömərli rayonunda axşam saatlarında üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 4 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məlumata görə, sürücülərinin kimliyi hələ müəyyən edilməyən 50 NC 075 dövlət nömrə nişanlı minik avtomobili ilə 34 FRL 583 və 47 ADS 185 nömrəli yüngül yük avtomobilləri Yeşilli–Ömərli avtomobil yolunun Taşgedik kəndi yaxınlığında toqquşub.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Təcili Tibbi Yardım, jandarma, polis və AFAD əməkdaşları cəlb edilib. Qəza ilə bağlı araşdırma aparılır.