Yaponiyanın şimalındakı Aomori əyalətinin açıq sularında 6,7 bal gücündə zəlzələ baş verdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Meteorologiya Agentliyindən (JMA) verilən məlumata görə, zəlzələnin mərkəzi Aomori əyalətinin şərq sahillərində yerləşir.
Zəlzələ yer səthindən təxminən 20 kilometr dərinlikdə qeydə alınıb. Hadisənin ardından Yaponiyanın şimal və şimal-şərq bölgələri üçün sunami xəbərdarlığı edilib.
Qeyd edək ki, Yaponiyanın Aomori əyalətinə bağlı Misava bölgəsi yaxınlığında, 8 dekabr tarixində baş verən 7,5 bal gücündə zəlzələdə 50 nəfər yaralanmışdı.
JMA, yaxın günlərdə oxşar və ya daha güclü zəlzələlərin baş verməsi ehtimalı ilə bağlı xəbərdarlıq edib.