Dünyaca məşhur səs sənətçisi, aktyor və stand-up komediyaçı Jeffrey Garcia vəfat edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, onun ölümü ailəsi tərəfindən açıqlanıb. Nəfəs almaqda çətinlik çəkən Garcia, xəstəxanaya aparılıb, amma müalicəyə baxmayaraq xilas ola bilməyib.
"Jimmy Neutron" serialında Sheen Estevez xarakterinin səsini verən sənətçi, uzun müddət mübarizə apardığı sağlamlıq problemləri nəticəsində dünyasını dəyişib.
TMZ-nin məlumatına görə, Garcia beyin anevrizması, insult və pnevmoniya kimi sağlamlıq problemləri ilə üzləşib. Son olaraq, nəfəs almaqda çətinlik çəkdiyi üçün xəstəxanaya yerləşdirilən aktyor, müalicəyə baxmayaraq həyatını itirib.