Xəstəxanaya yerləşdirilən məşhur aktyordan ilk paylaşım - FOTO

16:41 - 12 Dekabr 2025

Xəstəxanaya yerləşdirilən məşhur aktyordan ilk paylaşım - FOTO

Məşhur Türkiyəli aktyor Murat Cemcir bir neçə gün əvvəl evində qəflətən rahatsızlanaraq xəstəxanaya aparılmışdı. İç qanama keçirdiyi müəyyənləşən aktyor, dərhal reanimasiya şöbəsinə yerləşdirilmişdi. 4 gün müddətində reanimasiya şöbəsində müalicə olunan 49 yaşlı Cemcir, çətin günləri geridə qoyub.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Çalgı Çengi", "Düğün Dernek", "Ailecek Şaşkınız" və "Kardeş Payı" kimi layihələrdə rol alan Murat Cemcir 26 noyabrda evində qəflətən xəstələnərək xəstəxanaya yerləşdirilmişdi. Demək olar ki, ölümün pəncəsindən qurtulan Cemcirdən ilk paylaşım gəlib.

"Üç gecə reanimasiya şöbəsində qaldıqdan sonra 72 saat gözləmək... Həyatımın ən uzun keçməyən saatları idi..." - deyən Cemcir xəstəxanada ona qulluq edən həkim və tibb işçilərinə, həmçinin ona dua edən hər kəsə təşəkkür edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az