Tbilisidə etiraz yürüşləri qadağan edildi

23:57 - 20 Dekabr 2025

Tbilisidə etiraz yürüşləri qadağan edildi

Sabahdan etibarən Tbilisidə etiraz yürüşlərinin keçirilməsi qadağan ediləcək.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

    Məlumata əsasən, dekabrın 31-dək paytaxtda təşkil olunacaq aksiyalar yürüşlər olmadan keçirilməlidir.

    Aksiya iştirakçıları etirazlarını parlament binasının qarşısındakı pilləkənlərdə və yaxın ərazidə ifadə etməli, həmçinin səkidə digər vətəndaşların və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdırlar.

    Qeyd edək ki, dekabrın 11-dən Gürcüstanda toplantılar və nümayişlərlə bağlı sərt tələblər qüvvəyə minib. Tələblərə əsasən aksiyanın 5 gün öncədən DİN-ə xəbərdarlıq edilmədən ictimai yerdə təşkili qadağan olunub.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az