Putinə pirojki göndərdilər

23:12 - 21 Dekabr 2025

Putinə pirojki göndərdilər

Rusiya Prezidenti Vladimir Putin Moskva yaxınlığında yerləşən “Maşenka” çörəkxanasında hazırlanan pirojkilərdən dadıb.


Manset.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

Bildirilir ki, prezident çayı “Voloqda” albalı mürəbbəsi ilə içib. Sözügedən mürəbbə “Voloqda Meşə Məhsulları Qida Kombinatı” tərəfindən istehsal olunur. Həcmi 370 qram olan mürəbbənin qiyməti 270–300 rubl arasında dəyişir. Müəssisə albalı ilə yanaşı, ərik, şaftalı, zoğal, moruq, mərcanı və digər giləmeyvələrdən də mürəbbə istehsal edir.

Xatırladaq ki, dekabrın 19-da keçirilən “İlin yekunları” proqramı zamanı “Maşenka” çörəkxanasının sahibi Denis Maksimov 2026-cı ildən fərdi sahibkarlar üçün tətbiq olunacaq yeni vergi sistemi ilə bağlı Putinə sual ünvanlamışdı. Prezident dəyişikliklərin biznesə zərər vurmamalı olduğunu bildirmişdi.

Bundan sonra Maksimov dövlət başçısına kələmli, kartoflu, soğan-yumurtalı və təzə giləmeyvəli, ənənəvi rus resepti ilə hazırlanan pirojkalar göndərəcəyinə söz verib və vədini yerinə yetirib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az