Dəri xərçəngi riskini 3 dəfə artırır - Qətiyyən istifadə etməyin! 

16:28 - 22 Dekabr 2025

Dəri xərçəngi riskini 3 dəfə artırır - Qətiyyən istifadə etməyin! 

Tədqiqatçılar solaryumun səbəb olduğu ultraviolet şüaların dəriyə onilliklərlə yaşlanma təsiri edə biləcəyini və ölümcül dəri xərçənginə yol açacağını xəbərdarlıq ediblər.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, solaryum səbəbindən ölümcül dəri xərçəngi olan melanom riski 3 dəfə artır.

Solaryuma girənlərin dəri xərçəngi riskinin daha yüksək olduğu artıq uzun müddətdir bilinsə də, Kaliforniya Universitetinin San-Fransisko kampüsü və Northwestern Universitetindən olan tədqiqatçıların yeni apardıqları araşdırma, qapalı mühitdə bronzlaşan gənclərin dəri hüceyrələrində, öz yaşlarının iki qatından daha çox mutasiya yarada biləcək genetika dəyişiklikləri yaşadıqlarını ilk dəfə ortaya qoyub. Bu mutasiyalar, nadir və ölümcül olan melanom kimi dəri xərçənglərinə səbəb ola bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az