Papua Yeni Ginədə 6.5 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələ yerli vaxtla saat 10:31-də baş verib. Zəlzələnin episentri Gorokadan 42 kilometr şimal-şərqdə yerləşib və 110 kilometr dərinlikdə qeydə alınıb.
Tsunami xəbərdarlığı edilməyib və hər hansı bir can və mal itkisi barədə məlumat verilməyib. Zəlzələ sonrası heç bir ciddi fəsadın olmadığı açıqlanıb.