Avropa Birliyi Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların müddətini 6 ay uzatma qərarı alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Birliyi Şurası Rusiyaya Ukraynanı sabitliyini pozan hərəkətləri səbəbilə tətbiq olunan iqtisadi tədbirlərin müddətinin 31 iyul 2026-cı ilə qədər uzadıldığını açıqlayıb.
Açıqlamada, AB sanksiyalarının Rusiyanın Ukraynanı işğal etməsindən sonra, yəni fevral 2022-ci ildən etibarən əhəmiyyətli dərəcədə genişləndirildiyi xatırladıldı.
AB sanksiyaları çərçivəsində Rusiyaya ticarət, maliyyə, neft və kömür daxil olmaqla enerji, sənaye, texnologiya, nəqliyyat, ikiqat istifadəli və lüks məhsullar, eləcə də qızıl və almaz kimi sahələrdə geniş miqyaslı məhdudiyyətlər tətbiq edilir.
Həmçinin, dəniz yolu ilə daşınan xam neft və bəzi neft məhsullarının Rusiyadan AB-yə idxalına qoyulan qadağa, bəzi Rus bankalarının beynəlxalq ödəniş sistemi SWIFT-dən çıxarılması və çoxsaylı media qurumlarının fəaliyyətlərinin dayandırılması da sanksiyalar arasında yer alır.