Mədə ağrısı ilə həkimə getdi - Mədəsindən çıxanlar şok yaratdı

17:46 - 22 Dekabr 2025

Mədə ağrısı ilə həkimə getdi - Mədəsindən çıxanlar şok yaratdı

Beşiktaşda Fasdan təyyarə ilə Türkiyəyə gələn 52 yaşlı Cüneyt Ç. 2 gün sonra qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, tomoqrafiya müayinəsi nəticəsində Cüneyt Ç.-nin mədə və bağırsaqlarında yad cisim aşkar olunub. Xəstəxana rəhbərliyinin məlumat verməsi üzərinə Beşiktaş Asayiş Büro Əməliyyat Qrupu tərəfindən məsələyə dair araşdırma başlanıb.

Beşiktaş Asayiş Büro Əməliyyat Qrupu, məlumat aldıqdan sonra araşdırmaya başladı və həkimlərlə görüşlər keçirib.

Həkimlərin qiymətləndirməsindən sonra əməliyyata alınan Cüneyt Ç.-nin bağırsaqlarından ümumi çəkisi 259,7 qram olan 49 paket narkotik maddə çıxarılıb. Şübhəliyə aid olan bir mobil telefon da xəstəxana rəhbərliyi tərəfindən polisə təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az