Məşhur müğənni vəfat etdi - FOTO

19:56 - 22 Dekabr 2025

Məşhur müğənni vəfat etdi - FOTO

Britaniyalı məşhur müğənni və musiqiçi Kris Ri 74 yaşında vəfat edib.


Manset.az xəbər verir ki, bu barədə BBC müğənninin ailəsinə istinadən məlumat yayıb.

"Böyük kədərlə sevimli Krisin vəfatı barədə xəbər veririk. O, bu gün səhər qısa sürən xəstəlikdən sonra, ailəsinin əhatəsində xəstəxanada ölüb", - məlumatda deyilir.

Kris Ri rok janrında mahnıların müəllifidir. O, 1980-ci illərin sonunda "The Road to Hell" (1989) albomunun çıxmasından sonra şöhrət qazanıb. Rinin "Driving Home for Christmas" (1988) kompozisiyası dünyanın ən məşhur milad mahnılarından biridir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az