Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç "X"də yazıb.
Onun sözlərinə görə, "Türk Hava Yolları" (THY) şirkəti 2026-cı il martın 11-dən etibarən İstanbul-İrəvan aviareysini müntəzəm olaraq həyata keçirəcək.
Serdar Kılıç bunu Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində yeni bir addım kimi qiymətləndirib.
Yeni bir adım daha. Bu defa da bayrak taşıyıcımız THY 11 Mart 2026 tarihinden itibaren her gün olacak şekilde İstanbul-Erivan-İstanbul seferlerine başlıyor. pic.twitter.com/xqdrE5yJcJ
— Serdar KILIÇ (@serdarkilic9) December 22, 2025