Qanada yaşayan və özünü “Ebo Noah” kimi təqdim edən bir şəxs yuxusunda gördüyünü iddia etdiyi “qiyamət” xəbərdarlığından sonra 10 ədəd böyük taxta gəmi inşa etdirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, onun 25 dekabr 2025-ci ildə – Milad günü – dünya miqyasında böyük sel fəlakətinin baş verəcəyini iddia etməsindən sonra Noaha inanan yüzlərlə insan gəmilərə minmək üçün bölgəyə axışıb.
Ebo Noah bu iddiadan sonra iri ölçülü 10 taxta gəmi düzəltdirib. Onun sözlərinə inanan yüzlərlə insan mümkün fəlakətdən xilas olmaq üçün Qanaya gələrək bu gəmilərə minməyə hazırlaşıb. Hadisə sosial şəbəkələrdə və yerli mediada geniş müzakirələrə səbəb olub.
Lakin gözlənilən tarix yaxınlaşarkən Ebo Noah yeni açıqlama verərək Tanrının qərarını dəyişdiyini və qiyamətin təxirə salındığını deyib. Bu bəyanat isə ona inanan insanlar arasında çaşqınlıq və narazılıq yaradıb.