Hindistanın cənub-qərbində yerləşən Karnataka ştatında yataq yerləri olan sərnişin avtobusunun yük maşını ilə toqquşmasından sonra alovlanması nəticəsində azı 9 nəfər ölüb, çox sayda insan yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra açıqlama verən Hindistanın Baş naziri Narendra Modi baş verənlərdən dərin kədər hissi keçirdiyini bildirib.
Yaralılar ətraf xəstəxanalara yerləşdirilib, onların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.