Kaliforniyada güclü yağışlar can aldı

11:22 - 26 Dekabr 2025

Kaliforniyada güclü yağışlar can aldı

ABŞ-ın Kaliforniya ştatında güclü yağış, fırtına və sel nəticəsində həyatını itirənlərin sayı 3-ə çatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, güclü fırtına Los Anceles şəhərinin bəzi ərazilərində evakuasiya və əsas yolların bağlanmasına səbəb olub.

Rəsmi şəxslər, sel suları səbəbindən avtomobillərində çıxılmaz vəziyyətdə qalmış şəxsləri xilas etməyə çalışır. Çərşənbə günü etibarilə ştatda təxminən 100 min nəfər elektriksiz qalıb.

Məlumatlara görə, San Dieqo şəhərində 64 yaşlı bir şəxsin çərşənbə günü devrilən bir ağacın altında qalaraq həyatını itirdiyini, 70 yaşlarında başqa bir şəxsin isə Mendosino bölgəsində bazar ertəsi "dalğanın təsiri ilə okeana sürüklənərək" - həyatını itirdiyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az