Zelenski və Trampın növbəti görüş tarixi bəlli oldu

17:29 - 26 Dekabr 2025

Zelenski və Trampın növbəti görüş tarixi bəlli oldu

ABŞ Prezidenti Donald Trump ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin 28 dekabrda ABŞ-ın Florida ştatında bir araya gələcəyi və Rusya-Ukrayna müharibəsini sona çatdırmaq üçün hazırlanan sülh planını müzakirə edəcəkləri iddia edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və Ukrayna rəsmiləri Rusya-Ukrayna müharibəsini dayandırmaq üçün bir müddətdir üzərində işlənən sülh planı ilə bağlı məlumat veriblər.

Ukraynalı rəsmilər Trampın 28 dekabrda Florida ştatında yerləşən Mar-a-Lago ərazisində Zelenskini qəbul edəcəyini və iki liderin burada sülh planı üzərində müzakirələr aparacağını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az