Ötən gün saxlanılan Gürcüstanın sabiq müdafiə naziri Baço Axalayaya qarşı ittiham irəli sürülüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.
Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.
Törədilmiş cinayət əməllərinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.
Baş Prokurorluq sabiq nazir barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, Baço Axalaya 2009-2012-ci illərdə Gürcüstanın müdafiə naziri olub. O, məhbuslara işgəncə vermək ittihamı ilə 2012-ci ildə həbs olunub və 9 il müddətinə azadlıqdan məhrum edilib, 2022-ci ilin martında azadlığa çıxıb.