Ebru Gündeşin keçmiş həyat yoldaşı həbs olundu - FOTO

23:31 - 26 Dekabr 2025

Ebru Gündeşin keçmiş həyat yoldaşı həbs olundu - FOTO

Müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı Murat Özdemirin Selahəddin Yılmazın rəhbərlik etdiyi cinayət dəstəsinə üzv olmaq ittihamı ilə həbs edildiyi iddia olunur.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özdemir avqust ayında da “Selahəddin Yılmaz Cinayət Dəstəsi” üzrə aparılan istintaq çərçivəsində saxlanılmış, daha sonra azadlığa buraxılmışdı.

Türkiyəli jurnalist Emrullah Erdinç sosial şəbəkə paylaşımında “Ebru Gündeşin keçmiş əri Murat Özdemir həbs olunub” məlumatını yayıb.

Paylaşımda Özdemirin Selahəddin Yılmazın başçılıq etdiyi cinayət dəstəsinə üzv olmaq ittihamı ilə həbs edildiyi irəli sürülüb. Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az