Məşhur türkiyəli aktrisa ilk dəfə qızının fotosunu paylaşdı

23:47 - 26 Dekabr 2025

Məşhur türkiyəli aktrisa ilk dəfə qızının fotosunu paylaşdı

Türkiyəli aktrisa Gizem Karaca iş adamı olan həyat yoldaşı Kemal Ekmekçi ilə davam etdirdiyi xoşbəxt ailə həyatını ictimaiyyətdən uzaq yaşamağa üstünlük verir.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk dəfə ana olmağın sevincini yaşayan Karaca, həyat yoldaşı Kemal Ekmekçi və qızı Leyla Yazın yer aldığı ailə fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Tanınmış aktrisanın paylaşımı qısa müddətdə böyük maraq doğurub.

Qeyd edək ki, Gizem Karaca 2017-ci ildə uzun müddət sevgi münasibətində olduğu iş adamı Kemal Ekmekçi ilə möhtəşəm mərasimlə ailə həyatı qurmuşdu. Evləndikdən sonra zaman-zaman şəxsi həyatı ilə gündəmə gələn Karacanın nə vaxt ana olacağı pərəstişkarları tərəfindən illərdir maraqla gözlənilirdi.

Məşhur aktrisa bir müddət əvvəl sosial şəbəkədə etdiyi sürpriz paylaşım vasitəsilə hamilə olduğunu açıqlamışdı. Gizem Karaca ötən günlərdə qızı Leyla Yazın üzünü ilk dəfə ictimaiyyətə göstərib. Paylaşım pərəstişkarlar tərəfindən çoxsaylı bəyənmə və şərhlərlə qarşılanıb. Şərhlər arasında “Atasına çox oxşayır”, “Tamamilə atasının surətidir” və “Atasının eynisidir” kimi fikirlər yer alıb.

Karaca paylaşdığı fotoya belə bir qeyd əlavə edib: “Dayana bilmədim, gözəl bir şəkil paylaşdım. İlk dəfə üzü açıq görünür, nəzər muncuğu qoymağı unutmayın! Baxın, azacıq da olsa narahatlıq olsa, sizi günahkar sayaram.”


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az