Cənubi Koreyada sabiq dövlət başçısı Yun Sok Yol barəsində Seul Mərkəzi Rayon Məhkəməsində 2024-cü ilin dekabrında baş vermiş fövqəladə vəziyyət elan etmə cəhdi ilə bağlı baxılan məhkəmə işində 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi səlahiyyətli prokuror Ço In Sukun rəhbərlik etdiyi istintaq qrupu Yun Sok Yolun hərəkətlərinin hüquqi sistemi və ictimai asayişi ciddi şəkildə sarsıtdığını vurğulayıb. Prokurorlar bildiriblər ki, Yun ona etimad göstərərək dövlət başçısı seçmiş xalqın yaddaşında “dərin bir yara açıb”.
Prokurorluq sabiq dövlət başçısı barəsində saxlanılmaya mane olma, Nazirlər Kabinetinin üzvlərinin hüquqlarını pozma, xarici mediaya yalan məlumat ötürmə və telefon danışıqlarının qeydlərini məhv etmə kimi ittihamlar da daxil olmaqla ümumilikdə 10 il həbs cəzası tələb edib.