Qazaxıstanda bir alpinist həlak oldu

18:51 - 27 Dekabr 2025

Qazaxıstanda bir alpinist həlak oldu

Qazaxıstanın Almatı vilayətinin dağlarında üç alpinist itkin düşüb, onlardan biri sonradan ölü tapılıb.


Manset.az Tengrinews-ə istinadən xəbər verir ki, bu barədə Almatının Fövqəladə Hallar Departamenti məlumat yayıb.

26 dekabr gecəsi alpinistlərdən birinin bacısı qrupun itkin düşməsi barədə quruma müraciət edib. Onun sözlərinə görə, kişi iki dostu ilə birlikdə 24 dekabr səhəri dağlara gedib və geri qayıtmayıb, itkin düşənlərin mobil telefonları 12 saatdan çoxdur ki, sönüb.

"Məlumat daxil olduqdan sonra ehtimal olunan axtarış rayonuna FHN-in qüvvə və vasitələri səfərbər edilib. Hadisə yerində əməliyyat qərargahı qurulub. Axtarış-xilasetmə işləri üçün həmçinin FHN-in helikopteri cəlb edilib", - məlumatda qeyd olunub.

Daha sonra axtarış qrupu dağlarda itkin düşən kişilərdən birinin meyitini aşkar edib, digər ikisinin axtarışları davam edir. Dəqiqləşdirilib ki, kişinin meyiti dəniz səviyyəsindən 3,7 min metr hündürlükdə yerləşən "Lokomotiv" zirvəsinin ərazisində aşkarlanıb, sonra aşağı endirilərək polisə təhvil verilib. Məhkəmə-tibbi ekspertizası təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az