"İranın problemlərini təkbaşına həll edə bilmərəm"

22:47 - 27 Dekabr 2025

\"İranın problemlərini təkbaşına həll edə bilmərəm\"

Mən dəfələrlə demişəm ki, ölkənin problemləri mənim təkbaşına həll edə biləcəyim yox, bizim birlikdə edə biləcəyimiz problemlərdir.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkənin ali dini rəhbəri Xameneinin saytında yazılanlara cavab olaraq deyib.

İranın ali rəhbərinin saytında qeyd olunub ki, "Qərb mediası" Pezeşkianın ölkəadaxili problemləri həll edə bilməyəcəyini düşünür.

"Biz bütün bu problemləri, sanksiya və təzyiq maneələrini aşacağıq", - Pezeşkian əlavə edib. İslam Respublikasının Prezidenti bildirib ki, əhalinin təminatının yaxşılaşdırılması ilə bağlı 20 bənddən ibarət plan təqdim olunub. Təklifin həyata keçirilməsi üçün parlament və bəzi qurumların iqtisadi qrupları arasında əməkdaşlığa başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az