Bricit Bordo vəfat etdi

17:14 - 28 Dekabr 2025

Bricit Bordo vəfat etdi

Fransız kino əfsanəsi Bricit Bordo 91 yaşında vəfat edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun fondu AFP-yə göndərdiyi bəyanatda bildirib.

“Bricit Bordo Fondu təsisçisi və prezidenti, dünyaca məşhur aktrisa və müğənni, nüfuzlu karyerasından imtina edərək həyatını və enerjisini heyvanların rifahına və fonduna həsr etməyi seçən Madam Bricit Bordonun vəfatını böyük kədərlə elan edir”, - deyə məlumatda ölümünün vaxtı və yeri göstərilmədən bildirilir.

B.Bordo 1956-cı ildə “...Və Tanrı qadını yaratdı” filmində rol aldıqdan sonar ulduza çevrilib və daha sonra təxminən 50 filmdə rol alıb. O, sonradan aktyorluqdan imtina edərək, özünü heyvan hüquqlarının müdafiəsinə həsr edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az