ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, görüş Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında təşkil olunub.
Tərəflərin Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün təklif edilən 20 maddəlik sülh planını müzakirə edəcəkləri bildirilir.
Qeyd edək bu, Zelenskinin Trampla görüşmək üçün ABŞ-a beşinci səfəridir.