5-i uşaq olmaqla 9 nəfəri öldürdü - Qandonduran cinayət 

10:19 - 29 Dekabr 2025

5-i uşaq olmaqla 9 nəfəri öldürdü - Qandonduran cinayət 

Cənubi Amerika dövləti Surinamda törədilən bıçaqlı hücum ölkədə böyük təşvişə səbəb olub. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Surinamın paytaxtı Paramariboda baş verib. Hücum zamanı 5-i uşaq olmaqla 9 nəfər ölüb. Rəsmi qurumların məlumatına görə, hücum edən şəxs öz uşaqlarını və yaxınlıqda yaşayan qonşularını qətlə yetirib.

Surinam Polis Xidmətinin yaydığı açıqlamada qeyd olunub ki, hücum edən şəxs hadisə yerinə gələn polis əməkdaşlarına da hücum etməyə cəhd göstərib və bu zaman yaralanıb. Hazırda onun xəstəxanada tibbi nəzarət altında olduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az