Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı danışmaqdan imtina edən oğlu ilk dəfə açıqlama verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəli ölümü ilə gündəmə gələn Güllünün oğlu Tuğberk Yağız Gülter ilk dəfə canlı yayımda çıxış edib. Gülter ailəsi və xüsusilə də, bacısı haqqında diqqətəçarpan açıqlamalar verib.
"Anamla həmişə yaxşı münasibətlərimiz olub. Tuğyan anamın danışmadığı insanlarla danışardı. İndiyə qədər susmaq istəyirdim, amma bundan sonra nə barədə düşünülürsə, cavab verəcəyəm", - deyən Gülter əlavə edib: "Xəstəxanaya gedəndə ağlımda heç bir şübhə yox idi. Dedim ki, bu, qəzadır. Xüsusilə də, bacımın huşunu itirdiyini görəndə bunun qəza olduğunu düşündüm".
"Anamla birlikdə olduğum müddətdə mənə intihar xəbəri barədə məlumat verildi. Bəyanatın verilməsi lazım olduğu bildiriləndə dedim ki, "SMS hazırlayın, mənə verin; izah edəcəyəm".
Tuğberk Gülter bunları da deyib: "Saat 01:42-də bacım qışqıraraq mənə zəng etdi və anamızın öldüyü xəbərini verdi. Sonra yola düşdüm və saat 03:10-da Çinarcığa çatdım".
"Bacımla anam arasında zaman-zaman mübahisələr olurdu, bu, hər hansı bir ana-qız münasibətində baş verə bilər. Hamı kimi mən də həqiqətin üzə çıxmasını istəyirəm. Bacımın bunları edib-etmədiyi hamıya aydın olsun.
Bacım münasibətlərə gəldikdə emosional cəhətdən həssas və kövrəkdir. O, həyatındakı insanlar üçün asanlıqla mübarizə apara bilən insandır. Heç kimə böhtan atmaq və ya günahı öz üzərinə götürmək istəmirəm, amma onun belə bir şey etmək üçün xarakteri var" - deyə o ifadəsinə əlavə edib.