"MasterChef Türkiyə" yarışmasının münsiflərindən olan türkiyəli məşhur aşpaz Somer Sivrioğlu bir müddətdir birlikdə olduğu ondan 21 yaş kiçik sevgilisi Talya Didem Belenə tətildə romantik bir evlilik təklifi edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarlar arasında baş tutan həmin anları "Bəzən bəli" yazısı ilə sosial mediada paylaşıb.
Cütlüyün "bəli" cavabını verdiyi andakı fotoları isə qısa zamanda çox sayda bəyənmə toplayıb. Onların xoşbəxtliyi izləyiciləri tərəfindən müxtəlif təbrik mesajları ilə qarşılandı.