Antalyada 70 yaşlı Fatmana Karamıkı öldürməkdə şübhəli bilinən qızı Müjde Karamık və onun sevgilisi İsmail Keskin həbs edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, dəhşətli hadisə şənbə günü Türkiyə vaxtı ilə saat 10:00 radələrində Muratpaşa rayonunun Kızılsaray məhəlləsində 6 mərtəbəli binanın 5-ci mərtəbəsində baş verib.
Müjde Karamık sevgilisi İsmail Keskin ilə birlikdə polislə əlaqə saxlayıb və getdikləri evdə anası Fatmana Karamıkı salonun içində qanlar içində tapdıqlarını bildirmişlər.
Lakin istintaq nəticəsində qətlin mərhumun qızı və onun sevgilisi tərəfindən törədildiyi məlum olub.