"Mühteşem Yüzyıl"ın məşhur aktrisasından serialla bağlı ŞOK ETİRAF

17:28 - 29 Dekabr 2025

\"Mühteşem Yüzyıl\"ın məşhur aktrisasından serialla bağlı ŞOK ETİRAF

Oyunculuğa ilk dəfə "Muhteşəm Yüzyıl" serialında canlandırdığı "Hürrem" xarakteri ilə başlayan Meryem Üzərli milyonların ürəyini fəth etmişdi. Gözəl aktrisa son olaraq illər sonra etdiyi etirafla gündəmə bomba kimi düşüb. Üzərli "Hürrem" rolunu almaq üçün bu sahədə yalan söyləyib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Mühteşəm Yüzyıl" serialında üç mövsüm boyunca canlandırdığı "Hürrem Sultan" xarakteri ilə milyonların ürəyini fəth edən Meryem Uzerli, ilk oyunculuq təcrübəsi ilə adını ulduzlar sırasına yazdırmışdı.

Gözəlliyi, təbii davranışları və enerjisi ilə qısa müddətdə böyük bir pərəstişkar kütləsi qazanan Alman əsilli aktrisa illər keçməsinə baxmayaraq hələ də ekranların ən çox sevilən simalarından biri olmağı bacarır.

Ünlü aktrisa, bir dönəm rol aldığı serialın hazırlıq prosesində yaşadığı "at minmə" böhranını ilk dəfə bu qədər açıq şəkildə danışıb. Rol öncəsi görüşlərdə ona at minə bilib-bilmədiyi sorulduğunu qeyd edən Üzərli, o an reflekslə verdiyi cavabın başına iş açdığını söylədi. Aktrisa yaşadıqlarını belə ifadə etdi: "Mənə soruşdular 'At minə bilirsən?' deyə… Mən də təbii ki 'Bəli' dedim. Sonra o səhnələrin çəkilişinə gəldik. Hürrem son dərəcə peşəkar şəkildə ata minir, amma mən heç peşəkar deyildim. Tam bir fəlakət idi".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az