Putin və Tramp arasında daha bir telefon danışığı baş tutdu

21:48 - 29 Dekabr 2025

Putin və Tramp arasında daha bir telefon danışığı baş tutdu

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni telefon danışığı baş tutub.


Manset.az xəbər verir ki, bu barədə mətbuata Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

    "Razılaşdırıldığı kimi, bu gün Rusiya və ABŞ prezidentləri arasında daha bir telefon danışığı aparılıb", - Uşakov bildirib.

    Telefon danışığı zamanı Putin Ukrayna ordusunun Novqorod vilayətindəki iqamətgaha dron hücumu barədə Trampı məlumatlandırıb və ABŞ prezidentinə Kiyevin iqamətgaha hücumla bağlı hərəkətlərinin cavabsız qalmayacağını bildirib.

    Tramp bildirib ki, Vladimir Putinin iqamətgahına dron hücumu ABŞ-ın Zelenski ilə işləməklə bağlı yanaşmasına təsir edəcək.

    Uşakovun sözlərinə görə, Tramp bildirib ki, o xoşbəxtlikdən Zelenskiyə “Tomahavk” raketləri verməyib.

    Rusiya tərəfi hesab edir ki, Tramp və Zelenski arasında əldə edilən bəzi razılaşmalar Ukraynaya öhdəliklərindən yayınmaq imkanı verir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az