Əbu Ubeydə öldü - HƏMAS açıqlama verdi 

23:27 - 29 Dekabr 2025

Əbu Ubeydə öldü - HƏMAS açıqlama verdi 

HƏMAS qruplaşmanın sözcülərindən biri olan Əbu Ubeydənin həlak olduğunu rəsmi şəkildə təsdiqləyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı yayımlanan videomüraciətdə yeni sözçü də təqdim olunub və həmin videoda Əbu Ubeydənin üzü ilk dəfə ictimaiyyətə göstərilib.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları təşkilatın hərbi və siyasi strukturunda mühüm vəzifələr tutan bir sıra şəxslərin həlak olduğunu açıqlayıb. Bildirilib ki, briqadaların rəsmi nümayəndəsi Əbu Ubeydə də ölənlər arasındadır.

Rəsmi açıqlamada həmçinin İzzəddin əl-Qəssam Briqadalarının Baş Qərargah rəisi Məhəmməd Sinvarın, Rəfah Briqadasının komandanı Məhəmməd Şabanənin, briqada komandirlərindən Hikmət əl-İssanın, eləcə də istehsal və silahlanmaya cavabdeh bölmələrə rəhbərlik edən Şeyx Raid Səədin həlak olduğu qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az