Çin Tayvanı mühasirəyə aldı

10:49 - 30 Dekabr 2025

Çin Tayvanı mühasirəyə aldı

Çinin suverenlik mübahisəsi yaşadığı Tayvan adasının ətrafında başladığı hərbi təlimlər ikinci günündə də davam edir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Tayvan bölgəsinə cavabdeh olan Şərq Cəbhəsi Komandanlığının sözçüsü, kapitan Li Si bildirib ki, komandanlığa tabe olan quru qoşunları səhər saatlarında adanın şimalında sular üzərində yerləşdirilmiş hədəflərə qarşı uzaqmənzilli atış təlimləri keçirib.

Komandanlıq tərəfindən yayılan ayrıca açıqlamada qeyd olunub ki, təlimlər çərçivəsində dəniz hədəflərinə hücum simulyasiyaları, hava hücumundan müdafiə və sualtı qayıqlara qarşı əməliyyatlar icra ediləcək.

Şərq Cəbhəsi Komandanlığı bir gün əvvəl Tayvan adasının şimal, cənub-qərb, cənub-şərq və şərq istiqamətlərində esmineslər, freqatlar, döyüş təyyarələri, bombardmançı təyyarələr və pilotsuz uçuş aparatlarının iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlandığını açıqlamışdı.

“Ədalət Missiyası 2025” adlandırılan təlimlərin hava və dəniz döyüş hazırlığı patrulları, ümumi üstünlüyün ələ keçirilməsi, əsas liman və ərazilərin blokadaya alınması, eləcə də ada zəncirindən kənar müdaxilələrə qarşı tammiqyaslı çəkindirmə məqsədi daşıdığı vurğulanmışdı.

Tayvanın qarşı sahilində yerləşən Çinin Fucien əyalətinin sahil mühafizə xidməti də hərbi təlimlərlə eyni vaxtda Tayvan adasının ətrafında “qanunvericiliyin icrası patrulu” həyata keçirdiyini bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az