“Fənərbağça” klubunun tribun liderlərindən biri olan İbrahim Gümüştəkin silahlı hücuma məruz qalıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Kadıköy rayonunda baş verib.
Hadisədən sonra xəstəxanaya çatdırılan İbrahim Gümüştəkinin müalicəsi davam etdirilir. İstanbul Şəhər Polis İdarəsi hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. Hücumun səbəbləri və hadisənin pərdəarxası məqamları hazırda ətraflı şəkildə araşdırılır.