2025-ci il şübhəsiz ki, “ilk”lərin ili oldu. Sosial medianın təsiri ilə formalaşan seçkilər, “viral” hadisələr və məşhur simaların atdığı addımlar il boyu ən çox danışılanlar arasında yer alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünya miqyasında bir çox insan yalnız iki il əvvəl gündəlik həyatımıza daxil olan süni intellekt söhbət botları ilə “emosional bağ qurduğunu” açıq şəkildə bildirməyə başladı. “Dostluq” və “flört” adı altında söhbət botları ilə qurulan qarşılıqlı əlaqələr bəzi hallarda “süni intellekt ilə evlilik” etmələrinə və hətta intiharlara səbəb oldu.
Məşhur aktrisa, 27 yaşlı Sidney Sweeney iyul ayında yer aldığı "American Eagle" kot şalvar reklamında istifadə etdiyi "jeans" və "genes" (genlər) sözlərinin oxşarlığı səbəbilə “irqi ayrı-seçkilik”lə ittiham edildi. Reklamda “Genlər valideynlərdən uşaqlara ötürülür və adətən saç rəngi, şəxsiyyət və hətta göz rəngi kimi xüsusiyyətləri müəyyən edir” ifadəsini işlədən Sweeney-ə qarşı etirazlar yağdı.
Təxminən iki il davam edən “Eras Tour” turnesi ilə dünya miqyasında rekordlar qıran məşhur müğənni Teylor Svift (36) ABŞ futbolu ulduzu Travis Kelce (36) ilə 26 avqustda nişanlandığını açıqladı. Sviftin nişan xəbəri ilə bağlı sosial media paylaşımı təxminən 40 milyon bəyənmə aldı.
ABŞ-ın Boston şəhərindəki "Gillette" Stadionunda iyul ayında baş tutan "Coldplay" konsertində, Texnologiya şirkəti Astronomer-in CEO-su Endi Bayron və İnsan Resursları Meneceri Kristin Cabot-un yaxınlaşdığı anlar “Kiss-Cam”ə (Öpücük Kamerası) əks olundu. Qadağan olunmuş eşq yaşadıqları üzə çıxan bu ikilinin heyrətamiz anlarının videosu sosial mediada milyonlarla dəfə izlənildi.
Texnologiya nəhəngi Amazon-un CEO-su Cef Bezos (61), aralarında həyat yoldaşı Loren Sançes (56), məşhur müğənni Keti Perri (41) və televiziya aparıcısı Geyl King (71)-in də olduğu altı qadından ibarət bir qrupu Blue Origin-in New Shepard raketi ilə aprel ayında kosmosa göndərdi. Təxminən 10 dəqiqəlik səyahət, hər oturacaqda bir qadının oturduğu ilk kosmos uçuşu oldu.
Son iki ildə xüsusilə "TikTok" və qısa video platformalarında yayılan “brain rot” (beyin çürüməsi) anlayışı, sürətli və təkrarlanan, şüurlu şəkildə mənasız məzmunlara məruz qalma vəziyyətini təsvir etmək üçün istifadə edildi.
Hong Kong-Belçika dizayneri Kasing Lung tərəfindən yaradılan peluş oyuncaq Labubu, 2025-ci ilin ən çılğın tendensiyalarından birinə çevrildi. Çantalara taxılaraq aksessuar və ya bəzək kimi istifadə oluna bilən, istifadəçilərin sürpriz qutularla satın aldıqları Labubular, Karl Marksın Londondakı Highgate qəbiristanlığındakı “Bütün ölkələrin işçiləri birləşin” yazılı abidəsinin altına belə qoyuldu.